Hindistanda məşhur türbə uçdu, ölənlər var
2025-08-15 23:41:44
Hindistanın Yeni Dehli şəhərində məşhur Moğol hökmdarı Hümayunun həyat yoldaşının əmri ilə tikilmiş Hümayun türbə kompleksinin günbəzi uçub.
Bu barədə NDTV məlumat yayıb.
İnsident nəticəsində 5 nəfər ölüb. Dağıntılar altında insanlar ola bilər.
Hadisə yerinə xilasedicilər gəlib.
Qeyd edək ki, türbənin tikintisinə 1562-ci ildə başlanılıb və tikinti tam olaraq 1572-ci ildə başa çatıb. Türbə 1993-cü ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilib.//Report
