Hindistan Rusiya neftindən imtina etməyə başlayıb - Aİ sanksiyaları işə düşür
2025-07-22 14:26:00
“Talara” neft tankeri Avropa İttifaqının sanksiyalarından sonra Hindistanın “Nayara Energy” neft emalı şirkətinin Vadinar limanını tərk edib.
Hurriyyet.az xəbər verir ki, “Reuters”-in məlumatına görə, sözügedən gəmi əvvəl yüklənməsi nəzərdə tutulan Rusiya dizel yanacağını yükləməyib. Tanker iyulun 21-də Afrikaya göndərilməli olan 447 000 barel ultra aşağı kükürdlü dizel yükləməli idi. Yükləmə planındakı dəyişiklik onu deməyə əsas verir ki, Aİ-nin “Nayara” şirkətinə tətbiq etdiyi sanksiyalar Rusiyanın dəstəklədiyi bu neft emalı zavodundan neft məhsullarının ixracını pozur.
Mənbələrin bildirdiyinə görə, “Talara” tanker məhz Aİ sanksiyaları işə düşdüyü üşün yanacağı yükləməyib.
AzPolitika.info
