Hikmət Mirzəyevlə bağlı maraqlı FAKT: Paradda diqqəti çəkdi - FOTO
2025-11-12 23:16:15
8 noyabrda keçirilən Zəfər paradı bir sıra diqqətçəkən məqamlarla yadda qaldı.
Hurriyyet.Az xəbər verir ki,Modern.az-ın məlumatına görə, belə məqamlardan biri də müdafiə nazirinin müavini, Quru Qoşunlarının komandanı general-polkovnik Hikmət Mirzəyevin geyindiyi hərbi forma olub.
Qeyd edək ki, əvvəlki geyimlə müqayisədə bu hərbi forma daha tünd rəngdə olub və ilk dəfə məhz Zəfərin paradında istifadə edilib.
Hərbi ekspertlər deyiblər ki, yeni geyim forması gələcəkdə Quru Qoşunlarında tətbiq oluna bilər.


