Saat:01:24
Haqqımızda

HƏMAS daha iki girovun meyitini İsrailə təhvil verəcək

2025-10-18 22:29:12

HƏMAS daha iki girovun meyitini İsrailə təhvil verəcək

Fələstinin HƏMAS hərəkatı daha iki israilli girovun meyitini yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 23:00) Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verəcək.

Bu barədə açıqlama HƏMAS-ın hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları"nın teleqram kanalında yayılıb.

"Fələstinli məhbusların (İsrail girovlara) dəyişdirilmə müqaviləsi çərçivəsində iki girovun meyitinin saat 22:00 radələrində təhvil verilməsi qərara alınıb", - açıqlamada deyilir.

Qırmızı Xaç tərəfindən alınacaq girovların təhvil verilmə yeri və adları hələ açıqlanmayıb.\\Report