Saat:07:16
Haqqımızda

Heç bir qurum Azərbaycanla təhdid dilində danışa bilməz

2025-12-19 12:03:01

Heç bir qurum Azərbaycanla təhdid dilində danışa bilməz

Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etməklə qeyri-obyektiv davranıb.

Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasında deyib.

O bildirib ki, qətnamədə yer alan siyasi məhbusların mövcudluğu, akademik azadlıqların pozulması kimi ittihamları qətiyyətlə rədd edirik:

"İnsan hüquq və azadlıqlarının müdafiəsi yalnız dövlətin suverenliyi prinsiplərinə riayət edilməklə qorunmalıdır. Ölkəmizdə demokratik təsisatlar fəaliyyət göstərir. Heç bir qurum Azərbaycanla təhdid dilində danışa bilməz".