Saat:22:25
Haqqımızda

Həbsdə olan müğənni barəsində cinayət işi başlanıldı: Saxta əlillik...

2025-11-14 19:08:34

Həbsdə olan müğənni barəsində cinayət işi başlanıldı: Saxta əlillik...

Həbsdə olan müğənni Dəniz Əsədova barəsində cinayət işi başlanılıb.

Hurriyyet.Az "Report"a istinadən xəbər verir ki, Dəniz Əsədova barəsində Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.312.3.3 (rüşvət verməyə təhrik etmə) maddələri yeni ittiham verilib.

Müğənni vətəndaşlardan pul alaraq saxta əlilik düzəltməkdə ittiham olunur.

Belə ki, o, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.

İş üzrə dövlətə 1.6 milyon manat ziyan vurulub

Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfəri təhqir etməsi və böhtan atması səbəbindən xüsusi ittiham qaydasında məhkum edilib.

O, vəkil Asim Abbasovu təhqir etdiyi və böhtan atdığı səbəbindən Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum olunub. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb.