Saat:22:11
Haqqımızda

Havaların isti keçməsi ilə bağlı AÇIQLAMA

2025-10-10 20:43:26

Havaların isti keçməsi ilə bağlı AÇIQLAMA

Okyabr ayının ilk 10 günlüyündə Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 4°-dək yüksək qeydə alınıb.

Hurriyyet.az xəbər verir ki, bunu Trend-ə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Xidmət rəsmisi qeyd edib ki, Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 26°-dək yüksəlib:

"7 gün normadan yuxarı ( 0.2-4.0), 2 gün isə aşağı olub (1.4-2.0 )".