Hava limanında Azərbaycan manatlarını çamadanla qaçırmağa cəhd etdi — VİDEO
Şeremetyevo beynəlxalq hava limanında müxtəlif ölkələrin valyutası ilə dolu çamadan daşıyan qaçaqmalçı gömrük işçilərindən qaçmağa cəhd edib.
Hurriyyet.Az NEWS.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Gömrük Xidmətinə (FQX) bildirilib.
Məlumata görə, pul vəsaitləri İstanbuldan Kazana tranzit uçan sərnişinin baqajı skan edilərkən aşkar olunub.
RBC xəbər verir ki, baqaj yoxlanışı zamanı inspektor skaner ekranında pul bağlamalarını görüb. Çamadanın sahibinin şəxsiyyəti müəyyənləşdirildikdən sonra həmin şəxs reysdən endirilib. Gömrük nəzarət zonasına gətirilən sərnişin baqajın içindəkiləri təqdim etməkdən imtina edib və qaçmağa cəhd göstərib, lakin dərhal saxlanılıb.
Ümumilikdə, bəyannamə olunmamış vəsaitin məbləği 110 634 ABŞ dolları ekvivalentində olub. Əldə olunan valyutalar arasında Türkiyə lirəsi, Azərbaycan manatı, Braziliya realı, Danimarka kronu, Hindistan rupisi, Rumıniya leyi və Serbiya dinarı var.
Hazırda Rusiya Cinayət Məcəlləsinin 200.1-ci maddəsinin 2-ci hissəsi (xüsusilə böyük məbləğdə nağd pul qaçaqmalçılığı) üzrə cinayət işi başlanması məsələsi araşdırılır. Həmin maddə azadlığın dörd ilədək məhdudlaşdırılmasını və ya qanunsuz daşınan valyutanın məbləğinin 10–15 misli həcmində cərimə nəzərdə tutur.
