Saat:22:12
Haqqımızda

Hakim Anar Sadıqovun fəaliyyətinə xitam verildi

2025-10-16 15:12:45

Hakim Anar Sadıqovun fəaliyyətinə xitam verildi

Məhkəmə-Hüquq Şurasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun hakimlik fəaliyyətinin dayandırılması ilə bağlı məsələyə baxılıb.

Hurriyyet.az-ın məlumatına görə, qərara əsasən, hakim Anar Sadıqovun hakimlik fəaliyyətinə xitam verilib.

Xatırladaq ki, Anar Sadıqov hakimlik fəaliyyətinin dayandırılması ilə bağlı Məhkəmə-Hüquq Şurasına ərizə ilə müraciət etmişdi.

Anar Sadıqovun hakimlikdən getmək istəməsinin səbəbi isə onun hüquq sahəsi üzrə elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq istəyi olub.

Oxu.az