Saat:16:31
Haqqımızda

Hakan Fidan Netanyahunu ittiham etdi

2025-08-29 10:30:10

Hakan Fidan Netanyahunu ittiham etdi

Hurriyyet.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Baş naziri Binyamin Netanyahunu öz törətdiyi soyqırımı ört-basdır etməyə çalışmaqda ittiham edib.
Xatırladaq ki, Binyamin Netanyahu bu günlərdə verdiyi bir müsahibədə qondarma "erməni soyqırımı"nı tanıdığını bəyan edib.
Hakan Fidan bununla əlaqədar deyib: "Dünyanın soyqırımı kimi tanıdığı faktlar var. Netanyahunun etməyə çalışdığı isə - yalnız özünün törətdiyi soyqırımı ört-basdır etmək cəhdidir".
Hürr Tərcüman