Saat:07:23
Haqqımızda

Gürcüstan Zelenskini "nankorluqda" ittiham etdi

2025-12-18 17:14:00

Gürcüstan Zelenskini

Hurriyyet.az xəbər verir ki, Gürcüstan Zelenskini "nankorluqda" ittiham edir.
Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, Ukrayna hakimiyyətinin Gürcüstana qarşı "düşmən və nankor" siyasətinə baxmayaraq, Tbilisi müharibənin ilk günündən Ukrayna xalqını dəstəkləmək üçün əlindən gələni edir.
Onun sözlərinə görə, Gürcüstan rəhbərliyinin meyarı Prezident Vladimir Zelenskinin mövqeyi deyil, Ukrayna xalqının maraqları və Gürcüstanın özünün milli maraqlarıdır.
Şalva Papuaşvili deyib: "Onlar həqiqətən başa düşmürlər ki, Prezident Zelenskinin Gürcüstan xalqına qarşı düşmənçilik siyasətinə və müxtəlif qərarlarında şəxsən Gürcüstan xalqına qarşı göstərdiyi nankorluğa baxmayaraq, biz Ukrayna xalqını dəstəkləyirik".
Papuaşvili vurğulayıb ki, Gürcüstan özünün "marionet müharibəsi" aləti kimi istifadə olunmasına icazə verməyəcək və öz prioritetlərinə əsasən hərəkət edəcək.
Hürr Tərcüman