Saat:18:19
Haqqımızda

Gürcüstan Rusiyanın təklifinə cavab verdi: "Razıyıq, bir şərtlə..."

2025-12-16 13:03:34

Gürcüstan Rusiyanın təklifinə cavab verdi:

Hurriyyet.az xəbər verir ki, Gürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılması üçün əsas şərtini bəyan edib. 
Rusiya Federasiyası tərəfindən Gürcüstanın ərazi bütövlüyünün tanınması iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün əsas şərtdir. Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərlə görüşündə bu açıqlamanı verib.
O, Tbilisi və Moskva arasında münasibətlərin bərpası üçün Gürcüstanın dəfələrlə səsləndirdiyi ilkin şərtləri xatırladıb:  "Əgər Rusiya Federasiyası Gürcüstanın ərazi bütövlüyünü tanıyarsa, bu münasibətlər bərpa edilə bilər. Rusiya Federasiyası və onun hökuməti münasibətlərin normallaşdırılması üçün şərtləri yaxşı bilirlər."
Papuaşvili Gürcüstan tərəfi münasibətlərin normallaşdırılmasını dəstəklədiyini əlavə edib.
Xəbər verdiyimiz kimi,  Rusiyanın Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin Rusiyanın Gürcüstanla münasibətlərin normallaşdırılmaq niyyətinin ciddi olduğunu bildirib.
Hürr Tərcüman