Gümrünün meri 4 milyon rüşvət alıb – Məhkəmə 2 aylıq həbs qərarı verib
2025-10-21 11:27:47
Ermənistan hüquq-mühafizə orqanları Gümrü şəhər merliyində istintaq tədbirləri keçirib.
Hurriyyet.az bildirir ki, Vardan Qukasyan və daha 7 nəfər, o cümlədən Gümrü şəhərinin baş memarı Henrik Qasparyan, 4 milyon dram rüşvət almaqda ittiham olunaraq saxlanılıblar. Onlar barəsində prokurorluğun təqdimatı ilə məhkəmə 2 aylıq həbs qərarı verib.
Şəhər meri Vardan Qukasyan ittihamı qəbul etmir.
AzPolitika.info
