Güclü külək məktəbin darvazasını aşırdı – VİDEO
2025-09-26 21:17:00
Hazırda paytaxtda hökm sürən güclü külək 20 nömrəli məktəb-liseyin həyətindəki darvazanı aşırıb.
Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.
Hadisə ilə bağlı məktəbdən sorğumuza cavab olaraq bildirilib ki, güclü külək məktəb-liseyin Parlament prospektinə tərəf çıxışındakı darvazanı aşırıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.//Globalinfo.az
