Saat:23:15
Haqqımızda

Görünüşüylə məşhurlaşan dilənçi qız saxlanıldı

2025-10-15 20:42:33

Görünüşüylə məşhurlaşan dilənçi qız saxlanıldı

Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbə sakininin ona məxsus mağazadan pul vəsaitinin oğurlanması ilə bağlı polisə müraciəti daxil olub.

Hurriyyet.Az-ın məlumatına görə, müraciət əsasında təhqiqat araşdırmaları aparılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B.Mukavadze (red.-“Tiktok” adı “Aysu”) və T.Bəkirova olması müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, sözügedən oğurluq görüntüləri bir neçə gün öncə sosial şəbəkələrdə yayılmışdı.