Saat:00:41
Haqqımızda

Goranboyda yararsız hala düşən binanın bloku çökdü (FOTO)

2025-11-26 22:41:56

Goranboyda yararsız hala düşən binanın bloku çökdü (FOTO)

Goranboyda mənzillərin döşəməsinin çökməsi zamanı yararsız hala düşən binanın bir bloku çöküb.

Goranboy Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nəzərovun "Unikal"a verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

"Bir neçə gün əvvəl Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən 60 mənzilli binanın 5-ci girişində birinci mərtəbə uçmuşdu. Həmin gündən əhali təxliyə olunmuşdu, binada yaşayış yox idi. Hazırda saat 21:30 radələrində həmin binanın 5-ci girişi tam olaraq çöküb. Xəsarət alan yoxdur. Rayon icra hakimiyyəti, rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyinin yerli qurumları gücləndirilmiş qaydada hadisə yerindədir", - deyə Seymur Nəzərov bildirib. 

Əraziyə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Xəsarət alan olmayıb.