Gələn həftə məhkəməyə verəcəyini açıqladı
2025-11-15 16:58:53
Ağ Evin Prezidenti Donald Tramp 6 yanvar 2021-ci il nitqinin “Panorama” proqramında yanlış montaj edilməsinə görə BBC-dən 5 milyard dollara qədər təzminat tələb etməyi planlaşdırır.
Hurriyyet.az xəbər verir ki, bu haqda “The Guardian” məlumat yayıb.
“Çox güman ki, gələn həftə məhkəməyə verəcəyik. Biz bunu etməliyik”, - Amerika lideri “Air Force One” təyyarəsində jurnalistlərə bildirib.
Qeyd edək ki, BBC yanlış montaj edilməsinə görə üzr istəyərək buraxılışın yenidən yayımlanmayacağını açıqlayıb.
