Füzulidə Baş Mil Kanalından meyit tapıldı
2025-08-25 19:44:13
Füzulidə Baş Mil Kanalından meyit tapılıb.
Hurriyyet.Az APA-ya istinadən xəbər verir ki, suyun tunel hissəsində axtarışlar nəticəsində aşkar olunan meyit aidiyyəti üzrə təhvil verilib.
Meyitin iyunun 26-da su kanalında batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadəyə aid olub-olmaması araşdırılır.
