Saat:22:03
Haqqımızda

Fuad Nəcəfli getdi. "Sağ əli" sayılan kadrlar necə olacaq?

2025-11-12 19:20:43

Fuad Nəcəfli getdi.

Fuad Nəcəfli vəzifəsindən azad edildi. Xüsusi olaraq vurğulayaq ki, bu gün vəzifəsindən azad edilən məmurlar işsiz qalmadı. Fuad Nəcəflidən başqa. Bu deyəsən, Fuad Nəcəflinin unutmayacağı, ilk və son mötəbər vəzifəsi oldu. Fuad Nəcəfli ilk günlərdə vəzifəsini icra edərkən Naxçıvanda keçmişdən qalan məmurlar ona mane olur, işləməyə imkan vermirlər kimi fikirlər formalaşmışdı. O şəxslər vəzifələrini itirdilər və Fuad Nəcəfli üçün daha rahat işləmə imkanı yaradıldı. Amma nə baş verdi? 

Az keçmədi ki Naxçıvanda elan olunan milyonluq tenderlər ləğv edildi. Yoxlama aparıldı və qanunsuzluqlar aşkarlandı. 

Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Heydər Oğuz da bu gün globalinfo-ya açıqlamasında bildirib. "Naxçıvanda bu hakimiyyət ilk dəfə fəaliyyətə başlayanda, birinci ilində bölgəyə 245 milyon manat vəsait ayrılmışdı. Bu məbləğ sırf tikinti işlərinə yönləndirilməli idi. Lakin Fuad Nəcəfli həmin işi düzgün aparmadığı üçün layihələr dayandırıldı, ayrılan vəsait də xərclənmədi. Nəticədə, bir çox layihələr və keçirilmiş tenderlər ləğv olundu. Sonradan Hesablama Palatası bu tenderlərin bir neçəsini yoxladı və məlum oldu ki, onlar düzgün icra edilməyib. Palata bu səbəbdən həmin tenderlərin hamısını dayandırdı. Hətta bəzi tədbirlərə ayrılan vəsaitlər də araşdırıldı və məlum oldu ki, onların bir hissəsi təyinatı üzrə xərclənməyib. Hesablama Palatasının bununla bağlı ciddi iradları olmuşdu və bu barədə hesabat da yayımlanmışdı”.

Fuad Nəcəfli Naxçıvanda ciddi kadr dəyişikliyi də elədi. Naxçıvanın strateji qurumu sayılan “Naxçıvan Tv”-nin rəhbərini yenisi ilə əvəzlədi. Bu da azmış kimi, Naxçıvanda bir sıra strukturlara Bakıdan öz kadrlarını cəlb etdi. İstər mərkəzi aparatda, istərsə də aparatda olan kadrlarının qohumları Naxçıvanda vəzifəyə gətirildi. Bəs nəticə necə oldu? 

Heydər Oğuz açıqlamasında həmçinin bildirib ki, Nəcəflinin müxtəlif qruplarla, o cümlədən FETÖ ilə bağlı şəxslərlə əlaqələrinin mövcudluğuna dair iddialar səsləndirilir. 

Siyasi şərhçinin Fuad Nəcəfli ilə bağlı paylaşımlarında ağır ittihamlar yazılıb. 
Bu şərhlərin bir qismi belədir:  “ Naxçıvan duzu ona qənim oldu”, “ İndi getsin alkaşlıq etsin” , “ Bəli, Allahın duzuna həsrət qaldıq” və sair şərhlər Fuad Nəcəflinin və yeni komandasının kifayət qədər rəğbət qazana bilməməsinin göstəricisi kimi də qəbul oluna bilər.