Saat:18:58
Haqqımızda

“Fransanın prezidenti yoxdur” - Medvedev indi də Makronu təhqir etdi

2025-10-07 12:25:42

“Fransanın prezidenti yoxdur” - Medvedev indi də Makronu təhqir etdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Sebastien Lekornunun baş nazir postundan istefa verməsindən sonra X sosial media platformasında Fransa Prezidenti Emmanuel Makronu ələ salıb.

Hurriyyet.az xəbər verir ki, Medvedevin iddiasına görə, Makron Fransanın prezidenti deyil: "Rekord: Fransa hökuməti 14 saat davam etdi. Çünki Fransanın prezidenti yoxdur. Yalnız Kiyevin parlaq müdafiəçisi, Almaniya və İngiltərənin dostu, Afrikanın çoxdanışan arbitri var. Makron Fransaya tüpürmək istəyir. 1814-cü ildə Parisə girən bizim kazakların atları belə, öz işini daha yaxşı yerinə yetirərdi...".

AzPolitika.info