Saat:23:52
Haqqımızda

Fransa Rusiyaya qarşı: "Məcbur olacaq"

2025-07-22 11:40:27

Fransa Rusiyaya qarşı:

Hurriyyet.az xəbər verir ki, Fransada Rusiyaya qarşı yeni sanksiyalar apaketi hazırlanır.
Fransanın Xarici İşlər Nazirliyi Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiya paketi ilə bağlı təkliflərin hazırlanmasına başlayıb.
Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "France Inter" radiosunun efirində məlumat verib.
Nazir deyib: "Artıq komandamdan Moskvanı məcburiyyət qarşısında qoymasından ötrü Rusiyaya qarşı yeni, daha sərt sanksiyalar paketi hazırlamasını xahiş etmişəm".
Nazirin sözlərinə görə, söhbət konkret Fransadan yox, Avropa İttifaqı səviyyətində sanksiyalardan gedir. Çünki birliyin bütün ölkələrinin iqtisadi çəkisi ABŞ ilə əlaqəli şəkildə Rusiyaya qarşı təzyiq göstərmək imkanı verir. O, Avropanın yeni saksiya paketinin tez bir zamanda qəbul ediləcəyinə inandığını söyləyib. Nazir may ayında qəbul edilmiş 17-ci sanksiyalar paketinə görə, məhz Fransanın cavabdeh olduğunu əlavə edib.
Hürr Tərcüman