"Formula-1" üzrə müqavilə uzadıldı - Bu tarixə kimi...
2025-09-25 21:18:24
Ölkəmizdə böyük marağa səbəb olan "Formula-1" yarışları Azərbaycanda 2030-cu ilə qədər keçiriləcək.
Bu barədə yarışların rəsmi saytında məlumat paylaşılıb.
Qeyd olunub ki, Azərbaycan Qran-prisi, razılaşmaya əsasən, daha dörd il "Formula-1" təqvimində yer alacaq.
Xatırladaq ki, daha öncəki razılaşmaya əsasən, ən son yarışın 2026-cı ildə keçirilməsi nəzərdə tutulurdu./Oxu.Az
