Finlandiya Prezidenti gözlənilmədən Ukrayna ilə bağlı sammitə gedib
2025-12-15 14:15:39
Hurriyyet.az xəbər verir ki, Finlandiya Prezidenti Aleksandr Stubb gözlənilmədən Berlində keçirilən Ukrayna ilə bağlı sammitə gedib. Finlandiya Prezidenti Amerikanın xüsusi nümayəndələri Stiven Vitkoff və Cared Kuşnerlə 20 dəqiqəyə yaxın söhbət edib."Bild" nəşrinin məlumatına görə, Stubb ABŞ ilə Ukrayna arasında vasitəçi kimi çıxış edərək, Moskvanın təkcə Ukrayna üçün deyil, həm də qonşu Finlandiya üçün təhlükə olduğunu qeyd edib.
Donald Trampın etibarını qazanmış Stubbun Amerika təmsilçilərinin mövqeyinə təsir göstərə biləcəyi gözlənilir.
Hürr Tərcüman
