Saat:00:41
Haqqımızda

"Ferentsvaroş"un futbolçusu: "Bakıya "Qarabağ"ı məğlub etmək üçün gəlmişik"

2025-08-26 21:06:16

"Ferentsvaroş" komandası Bakıya "Qarabağ"ı məğlub etmək üçün gəlib.

Bunu Macarıstan təmsilçisi "Ferentsvaroş"un futbolçusu Toon Raemaekers mətbuat konfransında deyib.

O, "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl fikirlərini bölüşüb:

"Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Bakıya qələbə qazanmaq üçün gəlmişik. İlk görüşdə bəxtimiz gətirmədi.

Düşünürəm ki, cavab matçında eyni səhvlərə yol verməyəcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb. \\Report