Fələstin Konstitusiyası hazırlanacaq: "Muxtariyyətin dövlətə çevrilməsi prosesi başlanır"
2025-10-15 15:43:58
Hurriyyet.az xəbər verir ki, Mahmud Abbas Fələstin Konstitusiyasının ilk layihəsinin hazırlanmasına göstəriş verib.
Xarici medianın Prezidentin xüsusi nümayəndəsi və keçmiş Baş nazir Məhəmməd Ştayyeyə istinadən verdiyi məlumata görə, Fələstin Prezidenti Mahmud Abbas üç ay ərzində milli konstitusiyanın ilk layihəsinin hazırlanması göstərişini verib.
Ştayye deyib: "Mən həm də konstitusiya layihəsini hazırlayan komitənin üzvüyəm. Prezident bizə üç ay ərzində Fələstin konstitusiyasının ilk layihəsini hazırlamağı tapşırıb. İndi biz Fələstin Muxtariyyətinin Fələstin Dövlətinə çevrilməsi prosesinə başlayırıq".
Hürr Tərcüman
