Fatih Altaylıya hökm oxundu
2025-11-26 15:31:56
Məşhur türkiyəli jurnalist Fatih Altaylının məhkəməsi başa çatıb.
Hurriyyet.az xəbər verir ki, son iclasda qəbul edilmiş hökmə əsasən, Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verilib.
Jurnalist Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhdid etməkdə təqsirli bilinib.
Qeyd edək ki, F. Altaylı təqsirli bilindiyi cinayətə görə beş aydır həbsdədir.
Qafqazinfo.az
