Əsgər ölümünə görə şərti məhkum edilən polkovnik təqaüdə göndərildi
2025-12-17 12:46:12
Xidmət yerindən itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun intiharı ilə bağlı şərti məhkum edilən polkovnik Samir Həziyev təqaüdə göndərilib.
Hurriyyet.az xəbər verir ki, cinayət işi başlayandan sonra sərəncama götürülən polkovnik öz istəyi ilə xidmətini başa vurub.
Son olaraq hərbi hissə komandiri işləyən S.Həziyev Azərbaycan Ordusunun ehtiyatına buraxılıb.
Qeyd edək ki, polkovnik Həziyev əsgərinin intiharına görə əvvəlcə dörd il azadlıqdan məhrum olunub, bir neçə ay sonra cəzası şərti hesab edildiyindən azadlığa çıxıb.
Oxu.az
