Saat:07:32
Haqqımızda

Ermənistanla Britaniya strateji əməkdaşlığa keçid məsələsini müzakirə edirlər

2025-12-18 16:37:12

Ermənistanla Britaniya strateji əməkdaşlığa keçid məsələsini müzakirə edirlər

Hurriyyet.az xəbər verir ki, Ermənistanla Britaniya strateji əməkdaşlığa keçid məsələsini müzakirə edirlər. 
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Londona səfər edib, Böyük Britaniyanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell ilə danışıqlar aparıb.
Erməni mətbuatının məlumatına görə, tərəflər ikitərəfli əlaqələrin inkişafını yüksək qiymətləndiriblər və bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa hazır olduqlarını bildiriblər.
Britaniya tərəfi Vaşinqtonda Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmanı alqışlayıb. Bu razılaşmaların Bakı ilə İrəvan arasında münasibətlərin tam normallaşdırılması yolunda mühüm addımlar olduğunu qeyd edib.
Hürr Tərcüman