Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlandı
2025-08-19 09:48:33
Ermənistanın Yekaterinburqdakı konsulluğunun fəaliyyəti dayandırılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
Konsulluğun bağlanmasına ölkənin Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyanın vəzifəsindən azad edilməsi səbəb olub.
“Əziz vətəndaşlar, Ermənistan Respublikasının Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyanın statusunun dayandırılması ilə əlaqədar olaraq, Ermənistan Respublikasının Yekaterinburqdakı fəxri konsulluğu öz fəaliyyətini dayandırdı. Yeddi il ərzində bizə 57 mindən çox vətəndaş müraciət etmişdir”, – mesajda qeyd edilib.
Globalinfo.az
