Saat:07:19
Haqqımızda

Ermənistanın Azərbaycandan ilk neft idxalı başlandı

2025-12-19 16:00:40

Ermənistanın Azərbaycandan ilk neft idxalı başlandı

Hurriyyet.az xəbər verir ki, Azərbaycandan gedən neft məhsulları Ermənistana daxil olub.
Azərbaycanın neft məhsullarını daşıyan qatarlar Gürcüstan-Ermənistan sərhədini keçiblər. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan "Feysbuk" səhifəsində məlumat verib.
Onun sözlərinə görə, içərisində ümumilikdə 1,3 min ton qədərində Azərbaycan istehsalı olan Aİ-95 markalı benzin daşıyan 22 ədəd sitern vaqon Ayrım stansiyasından keçərək Ermənistan ərazisinə daxil olub. Tədarük Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu ilə həyata keçirilir.
Papoyan yazıb: "Bu, nəinki Azərbaycanla Ermənistan arasında sülh razılaşmasından sonra, həm də müstəqillik əldə etməyimizdən sonra ilk ticarət sazişidir".
Hürr Tərcüman