Saat:15:25
Haqqımızda

Ermənistanda Türkiyədən sərmayə gözləyirlər

2025-10-13 15:01:45

Ermənistanda Türkiyədən sərmayə gözləyirlər

Hurriyyet.az xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ikitərəfli münasibətlərin  normallaşacağı və ölkələr arasında sərhədlərin açıqlacağı təqdirdə, İrəvanın Türkiyədən sərmayə qoyulmasına qarşı olmayacağını bildirib. O, bu barədə parlamentdə keçirilən brifinqdə məlumat verib.
Papoyan 2012-ci ildən bəri bir neçə türk şirkətinin, o cümlədən tanınmış geyim brendlərinin Ermənistan bazarında fəaliyyət göstərdiyini xatırladıb. O, iqtisadi əməkdaşlıq olmadan qonşular arasında davamlı sülhün mümkün olmadığını bildirib. Nazir deyib: “Əgər biz həqiqətən regionda sabit sülh istəyiriksə, bu, maliyyə və iqtisadi investisiyalar ilə dəstəklənməlidir”.
Papoyan bildirib ki, iqtisadi əlaqələr olmadan sülh yalnız müvəqqəti möhlətdir və sərhədlər açılandan sonra Ermənistan xarici  ölkələrdən, o cümlədən Türkiyədən investisiyalar qəbul edə biləcək. Erməni sahibkarlar da öz növbəsində qonşu ölkələrə sərmayə yatıra biləcəklər.
Papoyan Zəngəzur dəhlizinin Ermənistanın Sünik bölgəsində keçən hissəsinin -  “Tramp marşrutu” adlandırdıqları yolun Türkiyə fondları tərəfindən maliyyələşdiriləcəyi ilə bağlı şayiələri təkzib edərək, layihənin yalnız ABŞ ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini vurğulayıb.
Hürr Tərcüman

 


Load Time (S) : 0.627103