Saat:17:26
Haqqımızda

Ermənistanda seçkilərlə bağlı Avropa İttifaqından açıqlama

2025-12-15 14:45:44

Ermənistanda seçkilərlə bağlı Avropa İttifaqından açıqlama

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas Ermənistanın qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar Avropa İttifaqından kömək istədiyini bildirib. Kallas  Ermənistanda parlament seçkiləri məsələsinin Aİ-nin xarici işlər nazirlərinin bugünkü görüşünün gündəliyində olduğunu bəyan edib.
Kallas deyib: "Ermənistan bu məsələdə necə kömək edə biləcəyimizi bu gün müzakirə edəcəyik. Ermənistan kənardan müdaxilənin qarşısının alınmasında kömək göstərməyimiz üçün bizə müraciət edib".
Kallas bundan əvvəlki çıxışlarının birində Rusiyanı Ermənistanın parlament seçkilərinə müdaxilə etmək üçün kampaniya aparmaqda ittiham etmişdi.
Hürr Tərcüman