Saat:22:10
Haqqımızda

Ermənistanda şəbəkə cinayəti - eyni vaxtda 51 ünvanda axtarış aparılır

2025-07-08 12:46:26

Ermənistanda şəbəkə cinayəti - eyni vaxtda 51 ünvanda axtarış aparılır

Hurriyyet.az xəbər verir ki, Ermənistanın İstintaq Komitəsi eyni vaxtda 51 ünvanda axtarşlar aparır.
İstintaq Komitəsindən mətbuata verilən məlumatda bildirilir ki, bir sıra şirkətlərin faktiki rəhbərləri xüsusilə böyük məbləğdə pulların yuyulmasını, mənimsənilməsini həyata keçiriblər və vergiləri ödəməkdən yayınıblar. 11 şəxsə qarşı vergi araşdırması işi başladılıb. Onlardan 5 nəfəri həbs edilib, 1 nəfərinin xaricə çıxışı əngəllənib, biri saxlanılıb, 4 nəfəri isə axtarışdadır.
Bütün bu tədbirlər "Ermənistanın elektrik şəbəkələri" qapalı səhmdar cəmiyyətinin baş ofisindəki axtarışla əlaqədardır.
Hürr Tərcüman