Ermənistanda daha bir keşiş saxlanıldı
2025-10-15 11:44:01
Ermənistan hüquq-mühafizə orqanları Saqmosavank monastırının abbatı, keşiş Paren Arakelyanı saxlayıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, həmçinin, bütün ermənilərin katolikosu II Qareginin qardaşı oğlu Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyanın evində axtarış aparılıb.
Mətbuat xidmətinin məlumatına görə, yepiskop İstintaq Komitəsinə aparılıb.
Həbslərin səbəbi də bağlı məlumat verilməyib.
Yeniavaz.com
