Ermənistanda Azərbaycanla sülh barəsində bəyanat hazırlanır
2025-10-02 15:20:11
Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamenti Azərbaycanla sülh barəsində bəyanat hazırlayır.
Ermənistan parlamentinin növbədənkənar iclasının gündəliyinə "Ermənistan ilə Azərbaycan arasında sülhün bərqərar olması" bəyanatının layihəsi salınıb.
Erməni mətbuatının məlumatına görə, sənəd parlamentin "Vətəndaş müqaviləsi" fraksiyası tərəfindən hazırlanıb.
Hürr Tərcüman
