Saat:15:42
Haqqımızda

Ermənistana silah satmaq istəyən yalnız bir ölkə var idi – Rusiya

2025-11-14 09:26:53

Ermənistana silah satmaq istəyən yalnız bir ölkə var idi – Rusiya

2022-ci ilə qədər Ermənistana silah satmaq istəyən yalnız bir ölkə var idi - Rusiya. Digər ölkələr Ermənistana silah satmaqdan imtina etdilər.

Hurriyyet.az armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Digərləri niyə satmadılar? Çünki onların sözlərinə görə, bizə satılan silahları beynəlxalq səviyyədə tanınmış ərazilərimizi müdafiə etmək üçün istifadə edəcəyimizə dair heç bir zəmanəti yox idi. Üstəlik, beynəlxalq səviyyədə tanınmış ərazilərimizdən kənarda istifadə edəcəyimizə əmin olduqlarını bildirirdilər və bu, onlar üçün qəbuledilməz idi. Silah alışına yol 6 oktyabr 2022-ci il tarixində açıldı, o vaxt ölkəmizin ərazi bütövlüyünü tanıdıq”, - Paşinyan vurğuayıb.

Xatırladaq ki, 2022-ci il oktyabrın 6-da Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə Praqada Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş keçirilib. Bu görüşdə nəticəsində Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq edən bəyanat qəbul ediblər. Həmin bəyanat vasitəsilə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. nəticədə razılığa gələn bəyanat qəbul edilib.