Ermənistan Rusiyaya rədd cavabı verdi
2025-09-12 14:44:36
Hurriyyet.az xəbər verir ki, Ermənistan "Qərb-2025" təlimlərində iştirakdan imtina edib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya ilə Belarus "Qərb-2025" təlimlərinə KTMT, ŞƏT və digər tərəfdaş ölkələrin hərbçilərini dəvət ediblər.
Lakin Ermənistanın müdafiə naziri Aram Torosyan Ermənistanın həmin manevrlərdə iştirak etməyəcəyini bəyan edib.
Hürr Tərcüman
