Saat:01:41
Haqqımızda

Ermənistan parlamentində dava

2025-07-08 11:23:47

Ermənistan parlamentində dava

Hurriyyet.az xəbər verir ki, Ermənistanda naməlum şəxslər parlament binasına daxil olaraq deputatlara hücum ediblər. 
Dava "Hayastan" müxalifət fraksiyasının deputatı Artur Sarqsyanın çıxışından sonra baş verib. Erməni mətbuatının məlumatına görə, bu barədə fraksiyanın digər üzvü Kristine Vardanyan canlı efirdə açıqlama verib.
Ermənistan parlamentindəki davada deputatlar və köməkçiləri ilə yanaşı, Təhlükəsizlik Xidmətinin əməkdaşları da iştirak ediblər. Parlamentin vitse-spikeri Ruben Rubinyan iclasda fasilə elan edib.
Kristine Vardanyan canlı efirdə bildirib ki, Artur Sarkisyan çıxışından sonra iclas zalını tərk etməyi qərara alıb. Bu zaman "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Vahe Qalumyan ona hücum edib: "Artur Sarkisyan bu gün deputat toxunulmazlığından məhrum ediləcəyinə görə, ailəsi ilə bir neçə saat vaxt keçirmək üçün iclas zalını tərk eləməyi qərara alıb. Lakin Vahe Qalumyan onun ardınca qaçaraq arxadan hücum edib". Onun sözlərinə görə, hücumda hakim partiyadan olan deputatların köməkçiləri də iştirak ediblər. 
Hürr Tərcüman