Ermənistan KTMT-yə qayıdır?
Hurriyyet.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi İmanqali Tambaqambetov Ermənistanın KTMT-nin müttəfiqi olaraq qaldığını və təşkilatda tammiqyasda iştirakı üçün qapının həmişə açıq olduğunu bəyan edib.
Onun sözlərinə görə, KTMT Ermənistanın yaxın gələcəkdə təşkilatda yenidən aktiv iştirak edəcəyini gözləyir. Tambaqambetov qeyd edib ki, noyabr ayında Ermənistan Xarici İşlər Nazirliyi ölkənin KTMT-dən çıxmasının nəzərdən keçirilmədiyini təsdiqləyib.
Tasmaqambetov xatırladıb ki, İrəvan sadəcə təşkilatın fəaliyyətində iştirakını dayandırıb. O, bunun Ermənistanın suveren qərarı olduğunu vurğulayıb. Daha əvvəl Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan da KTMT-dən çıxmanın gündəmdə olmadığını bildirmişdi.
Hürr Tərcüman
