Ermənistan KTMT-nin keçmiş rəhbərinin oğlunu beynəlxalq axtarışa verdi
2025-12-01 17:56:28
Hurriyyet.az xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, Ermənistanda general-mayor Qriqori Xaçaturova qarşı yeni ittihamlar irəli sürülüb və o, beynəlxalq axtarışa verilib.
48 yaşlı general-mayor rüşvətxorluqda, vəzifə səlahiyyətlərindən və müharibə zamanı səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Qeyd edək ki, Qriqori Xaçaturov KTMT-nin keçmiş baş katibi general-mayor Yuri Xaçaturovun oğludur. 2021-ci ildə o, Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bir neçə yüksək rütbəli hərbi məmurdan biri olub.
Hürr Tərcüman
