Saat:00:41
Haqqımızda

Ermənistan KTMT-ni tərk edir?

2025-11-26 16:35:03

Ermənistan KTMT-ni tərk edir?

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistanın KTMT-dən çıxmasının mümkünlüyü məsələsinə münasibətini bildirib.
Ermənistan mediasının məlumatına görə, jurnalistlərin "Rusiya əleyhinə köklənməklə" bağlı çoxsaylı ittihamlarına cavab olaraq Simonyan təəccüblə bildirib: "Məgər KTMT-dən çıxmaq Rusiya əleyhinə əhval-ruhiyyəni göstərir? Məsələn, siz Jurnalistlər Birliyinə qoşulursunuzsa və həmin təşkilat öz öhdəliklərini yerinə yetirmirsə və siz ondan çıxmaq istəyirsinizsə, siz jurnalistikaya qarşısınızmı?"
O halda Ermənistanın niyə bu təşkilatdan çıxmadığı sualına cavab olaraq, Simonyan deyib: "Biz faktiki olaraq çıxmışıq. Qalanı isə siyasi məqsədəuyğunluq və apardığımız danışıqlardan asılıdır".
Xəbər verdiyimiz kimi, Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bu gün jurnalistlərə açıqlamasında bu mərhələdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq imkanını nəzərdən keçirmədiyini bildirib.
Hürr Tərcüman