Saat:00:41
Haqqımızda

Ermənistan Hindistanla sövdələşmədən imtina etdi

2025-11-25 14:24:54

Ermənistan Hindistanla sövdələşmədən imtina etdi

Hurriyyet.az xəbər verir ki, Ermənistan Hindistan qırıcılarından imtina edib. "Yeruselim Post" nəşrinin yazdığına görə, Dubay Beynəlxalq Hava Sərgisində təyyarənin qəzaya uğramasından sonra Ermənistan Hindistanla 1,2 milyard dollar qarşılığında 12 ədəd "Tejas" qırıcı təyyarəsinin alınması ilə bağlı danışıqları dayandırıb.
İrəvandakı mənbələr bildiriblər ki, qəzanın görüntüləri bütün proqramın dərhal yenidən texniki baxışdan keçirilməsinə səbəb olub.
"Tejas" təyyarələri 1982-ci ildən bəri hazırlanır. Təyyarələr Hindistan Hərbi Hava Qüvvələrinin köhnəlmiş MiG-21 təyyarələrini əvəz etmək üçün nəzərdə tutulmuşdu. İndiyə qədər ilk partiyadan yalnız 40 ədəd tədarük edilib və Qərb sistemləri ilə təkmilləşdirilmiş A1 versiyası hazırda istehsal edilməkdədır.
Hürr Tərcüman