Ermənistan-Britaniya tərəfdaşlığı - ilk dəfə hərbi attaşe təyin edilib
2025-12-05 14:16:20
Hurriyyet.az xəbər verir ki, Böyük Britaniya Ermənistana ilk hərbi attaşesini təyin edib.
Mayor Tomas Şorland Boll Ermənistanda müdafiə məsələləri üzrə ilk rezident-attaşe tətin edilib.
Bu barədə Böyük Britaniyanın Ermənistandakı səfirliyi məlumat verib.
Səfirliyinin açıqlamasında deyilir: "Bu tarixi addım Birləşmiş Krallıqla Ermənistan arasında tərəfdaşlığın möhkəmlənməsindəki irəliləyişi əks etdirir və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın getdikcə dərinləşməsinə şərait yaradacaq".
Hürr Tərcüman
