Ermənistan BƏƏ ilə hərbi əməkdaşlıq etmək istəyir
2025-11-18 12:27:15
Hurriyyet.az xəbər verir ki, Ermənistan ilə Birləşmiş Ərəb Əmirlikləri müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edirlər.
Ermənistanın müdafiə naziri Suren Papikyan Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində 17 noyabrda BƏƏ Baş nazirinin müavini, müdafiə naziri və Dubayın vəliəhd şahzadəsi olan Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum ilə görüşüb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Ermənistan ilə BƏƏ arasında müdafiə əməkdaşlığı potensialı ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Hürr Tərcüman
