Ermənistan Azərbaycandan çörək və neft gözləyir
2025-12-15 14:31:20
Hurriyyet.az xəbər verir ki, Ermənistan Azərbaycan ərazisindən növbəti taxıl vaqonlarının keçməsini gözləyir.
Növbəti taxıl tədarükü yenə də Azərbaycan ilə Gürcüstanın dəmir yollarından keçməklə Ermənistana çatdırılacaq.
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan növbəti taxıl tədarükünün yaxın zamanda həyata keçiriləcəyini bəyan etsə də, tədarükçü ölkənin adını və tədarükün vaxtını açıqlamayıb. Nazir deyib: "Taxıl çatdırılan kimi, onun neçə ton olduğunu açıqlayacağam".
Nazir Azərbaycandan neft məhsullarının tədarükü ilə bağlı da təffərrüatı açıqlamayıb. Yalnız müvafiq vaqonların Ermənistana daxil olmasından sonra məlumat veriləcək.
Hürr Tərcüman
