Saat:21:41
Haqqımızda

Ermənistan Azərbaycan yanacağını istəyir

2025-12-12 15:27:28

Ermənistan Azərbaycan yanacağını istəyir

Hurriyyet.az "Vestnik Kavkaza" nəşrinə istinadla xəbər verir ki, Ermənistan Azərbaycan yanacağını satın almağı planlaşdırır.
Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan Bakı ilə İrəvan arasında bununla bağlı danışıqların aparıldığını xəbər verib.
Qriqorya deyib: "Yanacaq alınması ilə bağlı proses artıq özəl ixracatçılarla idxalatçılar arasında əməkdaşlıq sahəsində başlanıb. Mümkün sözvdələşmələrin şərtləri isə bazar tələblərinə müvafiq olacaq".
Qriqoryan yanacaq tədarükünün konkret həcmlərini, Ermənistanın hansı şirkətlərinin Azərbaycan neftini alacağını və ya qiymətlərin iqtisadiyyata necə təsir edəcəyini dəqiqləşdirməyib.
Onun sözlərinə görə, tərəflər arasında danışıqlar artıq davam edir, ideyanın bütün detalları sonra müzakirə olunacaq.
Baş nazirin müavini digər məhsullarında da ixracı ilə bağlı Bakı ilə müzakirələr aparıldığını bildirib.
Hürr Tərcüman