Ermənistan Avropa İttifaqına doğru - Paşinyan səfərə çıxdı
2025-07-14 09:35:59
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 14-də Brüsselə rəsmi səfərə yollanıb.
Bu gün Avropa İttifaqının sədri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə Paşinyanın üçtərəfli görüşü planlaşdırılıb.
Nikol Paşinyanın Aİ-nin genişlənməsi üzrə Avropa komissarı Marta Kos və Belçikanın Baş naziri Bar de Vever ilə görüşlərinin keçirilməsi də nəzərdə tutulub.
Hürr Tərcüman
