Saat:10:52
Haqqımızda

Erməni diplomatla amerikalı senator Zəngəzur dəhlizini müzakirə ediblər

2025-10-08 13:27:58

Erməni diplomatla amerikalı senator Zəngəzur dəhlizini müzakirə ediblər

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Birləşmiş Ştatlardakı səfiri Narek Mkrtçyan ilə ABŞ senatoru Stiv Deyns Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin (TRİPP layihəsi) açılışı ilə yaranacaq regionlararası əməkdaşlıq imkanlarını müzakirə ediblər. 
Bu barədə Ermənistanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.
Tərəflər ikitərəfli müasibətlərdə gündəmdə olan məsələləri və strateji tərəfdaşlıq imkanlarının perspektivlərini də müzakirə ediblər.
Səfir Cənubi Qafqazda sülhün bərqərar olması üçün dəstəyinə görə ABŞ tərəfinə təşəkkür edib.
Hürr Tərcüman