Ərdoğan Ukraynadakı müharibənin nə zaman bitəcəyi barəsində açıqlama verib
2025-09-23 11:15:08
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan "Foks Nyus" kanalına müsahibəsində Ukraynadakı müharibənin yaxın zamanda bitməyəcəyini söyləyib.
Ərdoğan deyib: "Ukraynadakı müharibənin tez bir zamanda başa çatacağına inanmıram. Bu, heç yaxşı xəbər deyil".
Ərdoğan Avropanın Ukraynanın daima iqtisadi cəhətdən dəstəkləyə biləcəyinə şübhə etdiyini və Kiyevin iqtisadi cəhətdən Moskva ilə rəqabət qabiliyyətinə malik olmadığını da deyib.
Ərdoğan deyib: "Bu dəstəyin davam edəcəyinə ümidvarıq".
Hürr Tərcüman
