Ərdoğan: "Rusiya ilə İran Zəngəzur dəhlizinin faydasını sonra başa düşəcəklər"
2025-09-02 17:10:29
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Rusiya ilə iranın Zəngəzur dəhlizi ilə bağlı qorxularının əsassız olduğuna əmindir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur məsələsi ilə bağlı problem və fikir ayrılıqlarının olmadığını bəyan edib.
Prezident Ərdoğan qeyd edib ki, regionda sülhün bərqərar olması ilə avtomobil və dəmir yolları da bərpa ediləcək, sərhəd keçid məntəqələri açılacaq, bir sıra sahələr, ilk növbədə ticarət xeyli fayda qazanacaq.
Ərdoğan deyib: "Zaman keçdikcə Rusiya ilə İran da öz əndişələrinin əsassız olduğunu anlayacaqlar".
O, Zəngəzur dəhlizinin açılmasının regiona sülh və sabitlik gətirəcəyini deyib.
Hürr Tərcüman
